Bu ölkə `sevgililər günü`nü qadağan etdi


22:53     13 Fevral 2017 Pakistan-Flag-Wallpaper.jpg

İslamabad Ali Məhkəməsi Pakistanda Valentin gününün keçirilməsini qadağan edib.


Femida.az xəbər verir ki, məhkəmə bu bayramın mətbuatda reklamı və təbliğatına da qadağa qoyub.

Qeyd edək ki, Valentin gününün qadağan edilməsi məsələsi sadə pakistanlılar tərəfindən hazırlanan petisiyadan sonra məhkəmənin müzakirəsinə çıxarılıb. Petisiyanı hazırlayan şəxslər bu bayramın islamla heç bir əlaqəsinin olmadığını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1042